Prokurorluq əməkdaşları elmi-nəzəri konfransda iştirak edib
Konfransda natiqlərin “Azərbaycanda Ombudsman təsisatının yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolu”, “Heydər Əliyev Müstəqil Azərbaycan vəkilliyinin banisi kimi”, “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”, “Konstitusiyada təsbit edilmiş dəyərlərin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Ümummilli Lider Heydər Əliyev və Müstəqil Azərbaycan” və digər hüquqi mövzular üzrə çıxışları dinlənilib.
Məruzələr zamanı dahi lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışılıb, ölkəmizin bütün sahələrdə qazandığı uğurların Ümummilli Lider Heydər Əliyevin apardığı siyasətinin nəticəsi olduğu vurğulanıb, geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


