Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü
Görüşdə “Formula 1” yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


