"Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq"
"Siz Ermənistanda keçirilmiş Avropa çempionatında şanlı Türk Bayrağını göylərə qaldırmısınız, Milli Marşı səsləndirmisiniz. Bu münasibətlə sizi bütün Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Eyni zamanda, bu qələbəni Azərbaycana həsr etmisiniz. Bu, bizi xüsusilə sevindirən bir haldır", - deyə dövlət başçısı qeyd edib.
Bu qələbənin ölkələrimiz və xalqlarımız arasında qardaşlığın göstəricisi olduğunu vurğulayan dövlət başçısı bildirib: “Bu, bir daha onu göstərir ki, Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir. Biz olmayan yerdə siz varsınız, siz olmayan yerdə biz varıq. Biz birik, biz müttəfiqik, biz qardaşıq”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


