Partlayan sursat 5 uşağı öldürdü
Əyalət səhiyyə idarəsinin məlumatına görə, ölən və yaralananların yaşı 12-dən çox deyil.
Yaralılar Kabildəki xəstəxanaya aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
UNICEF-in məlumatına görə, 2022-ci ildə Əfqanıstanda 700-dən çox uşaq hərbi sursatların partlayışı nəticəsində həlak və ya şikəst olub. Əfqan uşaqlar tez-tez döyüş sursatı ilə oynayarkən və ya metal qırıntılarını yığarkən ölürlər.
AzVision.az
Teqlər: Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


