Yaponiya COVID-19 məhdudiyyətlərini tam ləğv etdi

Yaponiya COVID-19 məhdudiyyətlərini tam ləğv etdi
  29 Aprel 2023    Oxunub:1618
Yaponiyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan ölkəyə giriş məhdudiyyətləri aprelin 29-dan tamamilə ləğv edilib.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, qərar eyni gündə başlayan “Qızıl həftə” bayram tətili ilə əlaqədar səyahətlərin çoxalması ehtimalı nəzərə alınaraq qəbul olunub. Hökumət əvvəlcə sərhəd məhdudiyyətlərini bayram tətili bitəndən sonra - mayın 8-də aradan qaldırmağı planlaşdırsa da, bayram günlərində yaponiyalıların xaricə səyahətə gedib-gəlməsini asanlaşdırmaq üçün məhdudiyyətlərin qüvvəyə minmə tarixi aprelin 29-na dəyişdirilib.

Qərara əsasən, xaricdən Yaponiyaya gələnlər yeni növ koronavirus əleyhinə 3 doza vaksin qəbul etməyi təsdiqləyən sertifikatı və ya son 72 saatda verilmiş PCR testinin mənfi nəticəsi barədə arayış təqdim etməkdən azaddırlar. Bundan başqa, mayın 8-dən etibarən COVID-19 infeksiyasının statusu mövsüm qripi kimi daha az təhlükəli viruslar kateqoriyasına salınacaq.

Qeyd edək ki, Yaponiyaya 2020-ci ilin fevralından etibarən pandemiya səbəbindən ölkəyə girişi maksimum dərəcədə məhdudlaşdırılmışdı.

AzVision.az



Teqlər: Yaponiya  





Xəbər lenti