Mina partlayışı baş verən ərazidən görüntülər yayılıb - FOTOLAR

   Mina partlayışı baş verən ərazidən görüntülər yayılıb    - FOTOLAR
  29 Aprel 2023    Oxunub:1803
Aprelin 28-də Tərtər rayonunun Talış kəndi ərazisində mina partlayışı nəticəsində üç nəfər həlak olub.
AzVision.az xəbər verir ki, partlayış baş verən ərazidən görüntülər yayılıb.

Partlayış zamanı “RPS Energy Ltd.” şirkətinin əməkdaşları - 1981-ci il təvəllüdlü Səxavət Gözəlov, 1982-ci il təvəllüdlü Nadir Yusifov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həlak olublar.

Qeyd edək ki, Azərbaycanda mina partlayışları zamanı 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub.




AzVision.az



Teqlər: Mina   Tərtər  



Xəbər lenti