“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər

   “Anadolu Qartalı - 2023”:    Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər
  29 Aprel 2023    Oxunub:1884
“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib.

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər.

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb.



AzVision.az


Teqlər:



Xəbər lenti