Cek Dorsi: ""Twitter"i İlon Maska satmasaydıq, batardı"

      Cek Dorsi:    ""Twitter"i İlon Maska satmasaydıq, batardı"
  29 Aprel 2023    Oxunub:1694
"Twitter"in keçmiş icraçı direktoru Cek Dorsi "ən yaxşı seçim" olmasa belə, mikrobloq saytını İlon Maska satmaqdan başqa seçimlərinin olmadığını söyləyib.
"Twitter"in təsisçisi Dorsi yeni sosial mediası "Bluesky"dəki paylaşımında "Twitter"i şərh edib.

Dorsi sosial şəbəkənin İlon Maska satışını tənqid edənlərə belə cavab verib: "Twitter heç vaxt açıq bir şirkət olaraq qalmazdı. Yoxsa sahibinin "Hedcinq" fondları və ya "Wall Street" olmasını üstün tutursunuz?"

AzVision.az


Teqlər:





Xəbər lenti