Azərbaycan MN Ermənistan MN-nin yaydığı məlumatı qəti surətdə təkzib edib

  Azərbaycan MN Ermənistan MN-nin yaydığı məlumatı qəti surətdə təkzib edib
  29 Aprel 2023    Oxunub:2121
"Aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik".
AzVision.az xəbər verir ki,bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Bu Ermənistanın növbəti dezinformasiyadır. Görünən odur ki, Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlər ciddi problem olaraq qalmaqdadır", - nazirlikdən əlavə edilib.

AzVision.az



Teqlər: MN   Təzib  



Xəbər lenti