Baş nazirin arvadı ilə bağlı qalmaqal: Dövlət maliyyələşdirir
![Baş nazirin arvadı ilə bağlı qalmaqal: Dövlət maliyyələşdirir Baş nazirin arvadı ilə bağlı qalmaqal: Dövlət maliyyələşdirir](https://azvision.az/photos/2023/05/Screenshot_3-1682931721.jpg)
Britaniya nəşri qeyd edir ki, reyestrə görə, 2022-ci ildə şirkət innovativ məhsul və ya xidmətləri inkişaf etdirən sahibkarlara vəsait və dəstək verən Innovate UK dövlət agentliyindən 349,976 funt sterlinq (437,000 dollar) qrant alıb.
Bundan əvvəl Böyük Britaniya parlamenti Sunakın həyat yoldaşının uşaq baxımı şirkətində payına görə maliyyə maraqlarını bəyan etməsi məsələsi ilə bağlı ona qarşı təhqiqata başlandığını elan etmişdi.
Rişi Sunakın ailəsinin vəziyyəti ictimaiyyət tərəfindən tez-tez tənqid olunurdu. Tənqidlər, ilk növbədə, hindli milyarderin qızı, həyat yoldaşı Akşata Murti ilə bağlı idi.
Sunak baş nazir postuna gəlməmişdən əvvəl məlum olub ki, onun həyat yoldaşı Hindistan vətəndaşlığından imtina etməyib və beləliklə, Böyük Britaniyanın rezidenti olmadığı üçün digər ölkələrdə aldığı biznes gəlirlərinə görə ağır vergilərdən yayına bilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: AkşataMurti