Tural İsmayılov: “Laçın yolunda uzun illər davam edən ədalətsizliklər sona çatdı”
O qeyd edib ki, keçmiş Laçın dəhlizi işğalın və 30 illik qəsbkarlığın əsas manipulyasiya mövzusu idi. Yeni Laçın yolunda Azərbaycanın sərhəd buraxılış məntəqəsi quraşdırmağı beynəlxalq hüququn əsas tələbinin yerinə yetirilməyi oldu. Azərbaycan öz ərazilərinə giriş-çıxışa nəzarət edəcək və bu, bütün ölkələrin tətbiq etdiyi lazımlı prosedurdur. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər. Ermənistandan gələn və Xankəndini tərk edənlər bir-bir yoxlanılır və qeydiyyata alınır. Eyni zamanda ərazilərimizə silah-sursat daşınmağı bununla sona çatır. Həmçinin erməni sakinlərlə normal, mədəni ünsiyyət etimad mühitinin formalaşmasında xüsusi əhəmiyyətə malikdir.
Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil. Azərbaycan Qarabağ ermənilərinin cəmiyyətimizə inteqrasiyasında israrlıdır. Bu prosesi sabotaj etmək üçün ortaya atılan bütün uydurmalar fiaskoya məhkumdur. Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur. Əslində bu prosesin olmamağı Cənubi Qafqaz üçün təhdid yaradırdı. Uzun illər separatçıların Azərbaycan ərazilərindəki özbaşınalıqları yoldakı nəzarətsizlikdən baş verirdi.
Laçın yolunda normal şəkildə yüklər yoxlanılır, Xankəndiyə daxil olanlar və Xankəndidən çıxanlar qeydiyyata alınır. Azərbaycan öz qanuni ərazilərində Azərbaycan qanunlarını tətbiq edir. Eyni zamanda yaxın zamanlarda Xankəndi və ətrafındkı separatçı terrorçular üçün də hesablaşma olacaq.
Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alanların Azərbaycan ərazilərində qalmağı əsla mümkün deyil. Laçın yolunda sərhədçilərimizin fəaliyyəti dünyada separatçılığa qarşı mübarizə üçün də əhəmiyyətli stimul rolunu oynayacaq.
AzVision.az
Teqlər: Laçın







Vaxtında, Aydın, Lazımlı!


