Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı

   Rusiyadan Ermənistana qazın nəqli dayandırıldı
  01 May 2023    Oxunub:978
“Qazprom-Armenia” şirkəti "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlaşdırılan təmir işləri ilə əlaqədar müvəqqəti dayandırıldığını elan edib.
“Mayın 1-i saat 08:00-dan mayın 4-ü saat 20:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işləri aparılacaq. Bununla əlaqədar qeyd edilən qaz kəməri ilə Ermənistana təbii qazın göndərilməsi dayandırılacaq”, - deyə şirkətin açıqlamasında bildirilir.

Qeyd edək ki, "Qazprom Ermənistan" QSC Ermənistanda qaz təchizatı və paylayıcı şəbəkənin operatorudur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti