Futbolçu hakimə hücum edərək çənəsini sındırdı

 Futbolçu hakimə hücum edərək çənəsini sındırdı
  01 May 2023    Oxunub:1136
Avstraliyanın Sidney şəhəri ətrafında həvəskar futbol matçı zamanı hücuma məruz qalan baş hakim Hodr Yaqi xəstəxanaya yerləşdirilib.
Bu barədə “Sydney Morning Herald” nəşri məlumat yayıb. Hadisə aprelin 28-də “Padstou Hornets” və “Qrinakr İqls” komandaları arasında keçirilən oyunda (1:5) baş verib. Oyunun sonunda diskvalifikasiya olunmuş "Qrinakr"ın oyunçusu hakimləri təhqir etməyə başlayıb.

Daha sonra futbolçu hasara dırmaşaraq hakimin sifətinə bir neçə zərbə endirib. Referə çənənin üç yerindən sınığı diaqnozu qoyulub və zərbələrdən üç dişi düşüb.


AzVision.az


Teqlər:



Xəbər lenti