Gənclərə yeni media bilgisi verildi

Gənclərə yeni media bilgisi verildi
  27 May 2014    Oxunub:1057
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda mövzusunda təlimlər keçirilib.
Təlimdə yeni media və internetdən peşəkar məqsədlərlə və üsullarla yararlanma sözügedən kateqoriyaya aid gənclərə başa salınıb, “KİV haqqında” qanunun müvafiq bəndləri və bu barədə dünya praktikası aşılanıb. Bu təlimlərdə jurnalist ixtisası barədə bilgilər qazanmaq istəyən 20 gənc iştirak edib.

Qeyd edək ki, layihənin məqsədi yeni mediada – online saytlarda və sosial şəbəkələrdə, yaxud “vətəndaş jurnalistikası” iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Bu məqsədlə gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə sayğı ilə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür.

Layihə çərçivəsində internetdə və sosal şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib.

Bundan başqa “yenimedia.info” adlı yeni sayt yaradılacaq. Sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirən ekspert müsahibələri, rəyləri və sair xəbərlərin əksini tapdığı sayt olacaq.



Teqlər:





Xəbər lenti