Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

 Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı
  01 May 2023    Oxunub:1448
Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Xaçmaz rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.

AzVision.az


Teqlər:



Xəbər lenti