Rusiya və İran peyk yaradır

 Rusiya və İran peyk yaradır
  01 May 2023    Oxunub:1667
Tehran Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kosmik tədqiqatlar fakültəsi birgə tədqiqat peykinin yaradılması üzərində işə başlayacaq.
AzVision.az xəbər verir ki, bunu Tehran Universitetinin rektoru Seyid Məhəmməd Moqimi deyib.
"Biz razılaşdıq ki, yaxın vaxtlarda orbitə ortaq tədqiqat peyki göndərə bilməyimiz üçün gərəkən işləri iki həftədən sonra başlayaq. Maliyyə məsələləri üzrə də ilkin razılıq əldə olunub", - Moqimi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti