Erməni siyasətçi: "Cermukda ancaq türk və Azərbaycan radiolarına qulaq asırlar"

      Erməni siyasətçi:    "Cermukda ancaq türk və Azərbaycan radiolarına qulaq asırlar"
  01 May 2023    Oxunub:1330
Erməni siyasətçi Tiqran Arzakançyan ölkəsinə Türkiyə və Azərbaycan radiolarının girməsindən şikayətlənib.
AzVision.az xəbər verir ki, "Mamul"da “Vətənin gücü” partiyasının sədri olan Tiqranın yolda çəkdiyi görüntülər yayımlanıb. O, videoda ölkə rəhbərliyindən şikayətlənərək deyir ki, nəinki Cermukda, bu əraziyə gedən yollarda belə heç bir erməni radiosunu dinləmək olmur.

"Yalnız Türkiyə və Azərbaycan radioları var. Bu nə deməkdir? Mən Ermənistan Respublikası hökumətinə müraciət edirəm və bu mühüm fakta təcili diqqət yetirməyi tələb edirəm”,- Arzakançyan gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Radio   Ermənistan  





Xəbər lenti