Arayikin Rusiyada istixana biznesi aşkarlandı

 Arayikin Rusiyada  istixana biznesi aşkarlandı
  01 May 2023    Oxunub:1291
Qarabağ separatçılarına rəhbərlik edən Arayik Arutyunyan növbəti dəfə Ermənistan mediasının hədəfinə tuş gəlib.
AzVision.az xəbər verir ki, "Mamul"da qondarma rejimin rəhbərinin yeni biznesi barədə diqqət çəkən məlumatlar dərc edilib. Jurnalist Oskan Sarkisyan iddia edib ki, baş separatçı Rusiyada istixana biznesi ilə məşğuldur.

“Qarabağ erməniləri hansı ümidlə öz taleyini 44 günlük müharibə zamanı nümayişkaranə şəkildə qəhvə içərək gəzən və yerli ermənilərin 1 nömrəli ən varlı adamı sayılan Arayik Arutyunyana həvalə edirlər? Bəzi məlumatlara görə, onun Rusiyanın cənub bölgələrində böyük istixanaları var”, - Sarkisyan yazıb.

Tural Tağıyev
AzVision.az


Teqlər: İstixana   Rusiya  





Xəbər lenti