"Avtomobil istehsalında 3-cü mərhələyə keçmişik"

 "Avtomobil istehsalında 3-cü mərhələyə keçmişik"
  01 May 2023    Oxunub:1218
"Bir neçə il əvvəl Azərbaycanda avtomobil sənayesinin birinci mərhələsi başladı. Həmin mərhələdə avtomobillərin yığımı həyata keçirilirdi. İkinci mərhələdə lokallaşma, yəni yan sənayesinin inkişafı nəzərdə tutulub. Bu gün qaynaq və boya zavodunun təməlinin qoyulması ilə artıq ikinci mərhələnin icrasına başlanıldı".
AzVision.az xəbər verir ki, bunu Maşın və avadanlıq İstehsalçıları Assosiasiyasının sədri Emin Axundov Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməlqoyma mərasimində deyib. Onun sözlərinə görə, bundan sonra yan sənayenin inkişafı daha da sürətlə gedəcək.

"Avtomobilin istehsalında digər ehtiyat hissələri də nəzərdə tutulub. Növbəti üçüncü mərhələdə ehtiyat hissələrinin istehsalına başlanması planlaşdırılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti