Baş Prokurorluğun sorğusuna baxıldı

Baş Prokurorluğun sorğusuna baxıldı
  01 May 2023    Oxunub:1134
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.16.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun mayın 23-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti