"O məşqçi müəllimin gözü qarşısında nəşə çəkən şagird olub"

 "O məşqçi müəllimin gözü qarşısında nəşə çəkən şagird olub"
  02 May 2023    Oxunub:4089
"7 yaşlı tələbəsini öldürən idmançı Mehman Xəlilov Nasosnuda (indiki Tağıyev qəsəbəsi) yaşayır. Elə uşaqlıqdan çox kobud, tərbiyəsiz olub. Onu yaxından tanıyanlar Mehmandan bu hərəkəti gözləyirdilər".
AzVision.az xəbər verir ki, bunu tanınmış Jurnalist Zülfiyyə Qurbanova deyib. O bildirib ki, Mehman oxuduğu 19 saylı məktəbdə tərbiyəsiz şagird kimi yadda qalıb.

"Sinifdə müəllimin gözü qarşısında nəşə çəkən şagird olub. Sinifdə özü kimi bir tərbiyəsiz dostu varmış, o da deyilənə görə nəşə ilə tutulub, həbsdədir. Bəlkə artıq çıxıb. Tərbiyəsiz meyxanalar deyirmişlər, özlərindən zəif oğlanları, qızları incidirmişlər. Həm tərbiyəsiz, həm də nəşəli olduqlarına görə müəllimlər belə onlardan qorxurmuş.

Uşağı da elə oxuduğu məktəbin idman zalında öldürüb. Məktəbin zalını kirayə götürübmüş", - jurnalist bildirib.

2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçiriyi cüdo-sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçirilən İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti