Bakı-Kür magistralındakı qəzaya görə 4 rayonda su olmayacaq

 Bakı-Kür magistralındakı qəzaya görə  4 rayonda su olmayacaq
  02 May 2023    Oxunub:1770
Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəbindən paytaxtın Qaradağ, Səbail və Binəqədi rayonlarında, həmçinin Hacıqabul rayonunda su kəsiləcək.
Bu barədə AzVision.az -a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, paytaxtın 3 rayonunun bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Kür-Bakı magistral su kəmərində qəza baş verib, yolu su basıb

Qurumun mətbuat katibi Anar Cəbrayıllı AzVision.az-a bildirib ki, Kür-Bakı magistral su kəməri sovet dövründə çəkildiyi üçün irili-xıdalı qəzaların olması mümkündür:
"Kəmərin istismar müddətini başa çatıb. Artıq əraziyə qəza xidmətinin əməkdaşları cəlb edilib. Bu dəfə su avtomobil yoluna deyil, yaxınlıqdakı dərəyə axır”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  



Xəbər lenti