|
|
Məhkəmə Mehman Xəlilov barəsində qərar verdi |
"2022-ci ilin oktyabrından Elm və Təhsil nazirinin müavini Firudin Qurbanovun rəsmi məktubu əsasında ümumtəhsil müəssisələrində dərsdənkənar vaxtlarda məktəbdən kənar müəssisələrin fəaliyyətinə köməklik göstərilmısi ilə bağlı məktub daxil olub. Bu məktubun və "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Fuad Aslanovun İmzası ilə 19 nömrəli məktəbə göndərilən məktub əsadında məktəbin 2-ci növbə dərsləri bitdikdən sonra həmin məktəbdə məşqlər təşkil olunması ilə bağlı göndərilən məktub əsasında həmin müəllim 19 nömrəli məktəbdə məşq keçib. Qeyd olunan hadisəyə qədər belə bir hadisə və ya onunla bağlı hər hansı şikayət baş verməyib", deyə sorğuya cavabda bildirilib.
Qeyd edək ki, ötən gün Mehman Xəlilov un məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.


Xatırladaq ki, 29.04.2023-cü il tarixdə axşam təxminən saat 5 radələrində "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi müəllimi Xəlilov Mehman Mehran oğlu Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin idman zalında sambo idman növü üzrə məşq keçən zaman 14.02.2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu xəsarət alaraq dünyasını dəyişib.
Həmçinin oxuyun
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


