İlham Əliyev Səmərqənddə imzalanmış iki sazişi təsdiqlədi

   İlham Əliyev Səmərqənddə imzalanmış iki sazişi təsdiqlədi
  02 May 2023    Oxunub:1341
Prezident İlham Əliyev “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bundan başqa, dövlət başçısı “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da imzalayıb.

Qeyd edək ki, sənədlər 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti