Ermənistanda partlayış, yaralılar var

   Ermənistanda partlayış,    yaralılar var
  02 May 2023    Oxunub:1310
Ermənistanda Kotayk rayonunda mayın 2-də qaz sızması nəticəsində 3-cü mərtəbədəki mənzillərdən birində partlayış baş verib, xəsarət alanlar var.
Bu barədə NEWS.am-a Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlum olub ki, partlayış divarın uçmasına səbəb olan qaz balonundan qaz sızması olub.

İki nəfər xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ermənistan  



Xəbər lenti