"Son günlər mətbuatda yayılan video görüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək", deyə məlumatda qeyd edilib.
Nazirlik 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!
AzVision.az