"Azyaşlılara qarşı qəddarlıq edən şəxs cavab verəcək"- Nazirlik

"Azyaşlılara qarşı qəddarlıq edən şəxs cavab verəcək"-  Nazirlik
  02 May 2023    Oxunub:1291
Gənclər və İdman Nazirliyi Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki 19 nömrəli məktəbdə məşq zamanı azyaşlının ölümünə münasibət bildirib.
"Son günlər mətbuatda yayılan video görüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək", deyə məlumatda qeyd edilib.

Nazirlik 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:



Xəbər lenti