Şoyqu: "Ukrayna son bir ayda 15 mindən çox canlı qüvvə itirib"

      Şoyqu:    "Ukrayna son bir ayda 15 mindən çox canlı qüvvə itirib"
  02 May 2023    Oxunub:1445
"Ukrayna qoşunları son bir ayda 15 min nəfərdən çox itki verib".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Silahlı Qüvvələrin rəhbərliyi ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu Qərb ölkələrinin inanılmaz səviyyədə olan hərbi yardımlarına baxmayaraq, ardıcıl olaraq xeyli itki verir.

O, həmçinin əlavə edib ki, Rusiya hərbçiləri bu müddət ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 təyyarə, 277 PUA, 430 tank və digər zirehli texnikanı sıradan çıxarıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti