Deputat: “Xalqımla, dövlətimlə, Prezidentimlə qürür duyuram!”
“Yaxşı bəs digərlərinə nə olub? Bizim öz torpağımızda nəzarət-buraxılış məntqəsi açmamızı regionda sülhə və tərəflər arasında güvənə zərbə kimi dəyərləndirənlər terrorun təbliğinə yönələn, Azərbayanla Türkiyə əleyhinə düşmənçiliyi körükləyən bu addımı niyə görməzdən gəlirlər? Deyim niyə, çünki teroroçuları yaxşı və pislərə bölən, o 16 yaramazı birincilərin çərgəsinə qoyan, onlara rahat yaşamaları üçün sığınacaq verib hər cür şərait yaradan məhz həmən dövlətlərdi. O dövlətlər ki, 100 il öncə necə idisə, yenə də burada eyni siyasəti yeritməklə bulanıq suda balıq tutmağa çalışırlar”, - Sahib Alıyev vurğulayıb.
Millət vəkili həmin qüvvələrin Azərbaycanın İkinci Qarabağ Savaşında qazandığı zəfərlə BMT-nin uzun illər kağız üzərində qalan 4 qətnaməsinin yerinə yetirilməsini təmin etdiyi kimi, Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurulmasının da üçətərəfli bəyanatda əksini tapan, ancaq əməl olunmayan bəzi maddələrin reallaşdırılmasına, məsələn, Ermənistan ordusunun proksi funksiyası yerinə yetirən tör-töküntülərinin Qarabağdan çıxarılmasına yol açdığını çox gözəl anlayırlar. Onu da yaxşı dərk edirlər ki, bununla da Azərbaycan ərazisinə qanunsuz yüklərin, o sıradan minaların daşınmasının qarşısı alınır.
Millət vəkili ləyaqətli şəkildə siyasi iradə sərgiləyən Azərbaycana əslində təşəkkür etməli olan həmin dairərlərin görünür mina terrorunun davam etdirilməsini istədiklərini bildirib.
- Son bir həftədə 4 soydaşımız minaya düşərək həlak oldu. Laçında nəzarət-buraxılış məntəqəsi qurulmasının əleyhinə çıxanların məqsədləri nədir, onlar mina terrorunun davam etdirilməsinimi istəyirlər? Qərbdəkilərin əgər doğrudan da niyyəti sevimli haylarını rəqib gözündə gördüklərinin boyunduruğundan qurtarmaqdırsa, aprelin 23-də atdığı addıma görə əksinə Azərbaycana təşəkkür etməli deyillərmi? Çünki hətta paytaxtlarının hava limanında belə ora gələnləri başqa ölkənin sərhədçiləri qarşılayan Ermənistana Azərbaycan növbəti dəfə öz suverenliyini necə təmin etməyin yolunu göstərmədimi? Göstərmədimi ki, bunun üçün siyasi iradə, qətiyyət, bəli, bir də ləyaqət lazımdır, - Sahib Alıyev deyib.
Millət vəkili bu qətiyyət sayəsində bir yox, bir neçə dövlətin sənin torpaqların üzərində suverenliyinin tam təminatına qarşı çıxdıqları halda belə istədiyini edirsən. Biz bu həqiqəti artıq Qarabağa gedib-gələnləri bizim sərhədçilərimizin yoxlayıb buraxmasında görə bilirik.
“Nə deyə bilərəm, xalqımla, dövlətimlə, Prezidentimlə qürur duyuram!” – sonda deputat vurğulayıb.
AzVision.az
Teqlər: Parlament Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


