Almaniyada 7 milyon işçi çatışmazlığı yaranacaq
Almaniya hökuməti miqrantları vakant yerlərə cəlb etməyi xeyli asanlaşdıran qanun layihəsi hazırlayıb. Buna əsasən, bundan sonra miqrantlardan alman peşə təhsili tələb olunmayacaq. Bundan əlavə, səlahiyyətlilər miqrantların alman cəmiyyətinə inteqrasiyasına kömək edəcəklər.
Hakimiyyət orqanları tərəfindən baxılmaq üçün təqdim edilən ikinci qanun layihəsi mühacirlərə Almaniya vətəndaşlığını alarkən öz ölkələrinin pasportundan imtina etməməyə imkan verəcək.
AzVision.az
Teqlər: