İrandan Türkiyəyə döyüş sursatlarının keçirilməsinin qarşısı alındı

   İrandan Türkiyəyə döyüş sursatlarının keçirilməsinin qarşısı alındı
  02 May 2023    Oxunub:1017
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun əməkdaşları döyüş sursatı hesab edilən patronların Azərbaycan gömrük sərhədində bəyan edilmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AzVision.az -a bildirilib.

Məlumata görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinində gizlədilmiş 1 ədəd plastik qablaşmanın içərisində 45 ədəd patron aşkarlanıb.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən patronlar yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş 9x17 mm kalibrli patronlardır, döyüş sursatı hesab edilirlər və istifadəyə (atəşə) yararlıdırlar.
Faktla bağlı araşdırma aparılır.
AzVision.az


Teqlər:



Xəbər lenti