Meksika telekanalı: "Azərbaycan sülh quruculuğunu dəstəkləyən ölkədir"

   Meksika telekanalı:    "Azərbaycan sülh quruculuğunu dəstəkləyən ölkədir"
  02 May 2023    Oxunub:1529
Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı Azərbaycanın Rusiya-Ukrayna münaqişəsi fonunda həyata keçirdiyi uğurlu enerji siyasətindən söz açılıb.
Azərbaycanın Meksikadakı səfirliyindən AzVision.az -a bildirilib ki, yayım zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın özünü Avropanın etibarlı tərəfdaşı kimi təsdiq etdiyi, həyata keçirdiyi çoxşaxəli enerji siyasəti nəticəsində əhəmiyyətli regional aktora çevrildiyi və qitənin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından yeni imkanlar təqdim etdiyi qeyd olunub. Bu xüsusda, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyaya əlavə qaz tədarükünü nəzərdə tutan “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsinin həmin ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Eyni zamanda, Avropanın Azərbaycan qazını Rusiya qazına alternativ bir mənbə kimi qəbul etdiyi halda, Qafqaz ölkəsinin maraqlar balansını gözlədiyi və Rusiyanın təhlükəli hesab etdiyi ölkələr siyahısında yer almadığına diqqət çəkilib. Eləcə də Rusiya-Ukrayna müharibəsi boyunca Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlər saxladığı, sülh quruculuğu istiqamətində səyləri dəstəkləyən bir ölkə kimi önə çıxdığı vurğulanıb.

AzVision.az



Teqlər: Meksika  





Xəbər lenti