Rusiyada güclü yanğın - Video

Rusiyada güclü yanğın - Video
  03 May 2023    Oxunub:1771
Kubandakı neft bazasının ərazisində (Temryuk rayonu, Volna kəndində) neft məhsulları olan çən yanıb.
Bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyevə məlumat yayıb. Yanğına ən yüksək mürəkkəblik dərəcəsi verilib, tələfat yoxdur.

Temryuk rayonunun rəhbəri Fedor Babenkov bildirib ki, hazırda yanğın sahəsi 1200 kvadratmetrə çatıb.

"Volna kəndindəki qəza yerinə getdim. Xüsusi təyinatlılar "Tamannefteqaz" müəssisəsinin ərazisində işləyirlər. Yanğın sahəsi 1200 kvadratmetrdir, itki yoxdur"- deyə Babenkov bildirib.

TASS-ın məlumatına görə, rezervuarda yanğına səbəb pilotsuz uçuş aparatının düşməsi olub.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya   yanğın  





Xəbər lenti