Adanada zəlzələ olub

   Adanada zəlzələ olub
  03 May 2023    Oxunub:3599
Türkiyənin Adana vilayətində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə AzVision.az Fövqəladə Halların İdarə olunması Agentliyinə (AFAD) istinadən xəbər verir.

Nazirlikdən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 09:20-də Aladağ rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanların mənbəyi 13,13 km dərinlikdə olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Zəlzələ  



Xəbər lenti