Şəkərsiz diabetin əsas əlaməti
“Buna beyin şişləri, neyrocərrahi əməliyyatlar, kəllə-beyin travmaları, mərkəzi sinir sisteminin zədələnməsi ilə müşahidə olunan infeksiyalar və toksinlər səbəb ola bilər. Eyni zamanda, bəzi böyrək xəstəlikləri, idiopatik olaraq anticisimlərin yaranması, eləcə də irsi patologiyalar da bu xəstəliyin etiologiyasında rol oynayır. Şəkərsiz diabetin mərkəzi, nefrogen, dipsogen, hestasion olmaqla 4 tipi ayırd edilir.
Şəkərsiz diabetin əsas əlaməti poliuriya, yəni maye ifrazının artmasıdır. Yüngül formalarda 2-2,5 litr, ağır hallarda isə 20 litrə qədər maye itkisi müşahidə edilir. Bunun nəticəsində insanda susuzluq hissi yaranır və xəstə itirdiyi qədər maye qəbul etmək məcburiyyətində qalır”, - deyə bildirib.
Endokrinoloq şəkərsiz diabetin əsas əlamətinin gün ərzində 6-10 litr olmaqla, maye itirmək və susuzluğun artması olduğunu deyib: “Ağırlaşmış hallarda orqanizmin susuzlaşması, halsızlıq, ümumi zəiflik, ürəkdöyünmənin artması, qusma, psixoneyrogen pozulmalar, təzyiqin enməsi halları və huşun itməsi müşahidə oluna bilər. Xəstələrə böyrəklərin yüklənməsinin qarşısını almaq məqsədilə qidalanma zamanı proteinli qidalardan çox istifadə etməmək tövsiyə olunur.
İstənilən xəstəliyin müalicəsində ilkin səhiyyə xidmətlərindən istifadə həmin xəstəliyin aşkarlanmasında və sonrakı inkişafının qarşısının alınmasında mühüm rola malikdir. Bu səbəbdən də hər hansı narahatlıq və ya ağrı hiss edən zaman ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək, xəstəliyi daha tez aşkarlaya bilərsiniz”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


