Qeyd edək ki, "Türkiyə Sənətçilər Birliyi" Türkiyədə fəaliyyət göstərən olan bir təşkilatdır. Bu təşkilatın Bursa şəhər başqanı azərbaycanlı jurnalist Günay Ardadır.
Tədbirdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasından Həsən Həsənov, millət vəkili Arzu Nağıyev, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Beynəlxalq Araşdırmalar Mərkəzindən Şahmar Hacıyev, Azərbaycan Televiziyasından Elçin Musaoğlu, Qarabağ qazisi Vasif Dilavərzadə , sənətçilər Çinarə Məlikzadə, Aynişan Quliyeva iştirak ediblər.
"Türkiyə Sənətçilər Birliyi" bu tədbiri Türkiyənin yerli media orqanı olan EnBursa.com ilə birlikdə həyata keçirib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


