"Hüseyniyyun"a yas tutan iranlı jurnalist: "Dedi ki, bizi güllələsinlər"

 "Hüseyniyyun"a yas tutan iranlı jurnalist:  "Dedi ki, bizi güllələsinlər"
  03 May 2023    Oxunub:1834
Tehranda xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış "Hüseyniyyun" qruplaşmasının rəhbərlərinin həbsi hələ də bəzi iranlıları narahat edir.
Məsələn, İranın tanınmış jurnalistlərindən olan Məhəmməd Mütləq Tvitter hesabında paylaşım edərək yazıb ki, “mən "Hüseyniyun” qruplaşmasının rəhbərləri həbs olunduqları gün məsələdən xəbərdar olmuşdum".

İran satılmışlarla Bakıda nəyi almaq istəyir?
Anti-Azərbaycan mövqeyi ilə seçilən rəsmi “İran” qəzetinin müxbiri olan Mütləq digər maraqlı məsələlərə də toxunub: “Orxan Məmmədov və Tohid İbrahimbəyli həbs olunduqları gün mən məsələdən xəbərdar oldum. “Hüseyniyun” qruplaşmasının funksionerlərindən olan dostumuz (Əkrəm Hacızadə) zəng edib hönkürtü ilə məsələni izah etdi. Təsəlli verməyə çalışdım... Dedi ki, mən özümüz üçün kədərlənmirəm. Ümumiyyətlə bizi güllələsinlər. Qorxuram ki, Qafqaz xalqları İrandan məyus olsunlar”.

Maraqlıdır ki, “Hüseyniyyun” rəhbərlərinin həbsinə etiraz olaraq bir neçə gün əvvəl Tvitter hesabını dondurmuş Mütləq terrorçuların sərbəst buraxılmasından sonra yenidən paylaşımlara başlayıb.
O, digər paylaşımında yazıb ki, “Hüseyniyun” rəhbərləri “Sepah”ın işə qarışması sayəsində evlərinə qayıdıblar: "Bu iki “dəyərli insanın” ən əsas problemi həddən artıq iranlı olmalarıdır. Onlar Qafqaz cəmiyyətlərini bizdən yaxşı tanıyırlar, İranın və şiəliyin "təəssübünü" bizdən çox çəkirlər”.

Xatırladaq ki, bir neçə gün öncə İran parlamentinin deputatı Əhməd Naderi də Tvitterdə “Hüseyniyyun” haqqında diqqət çəkən paylaşım etmişdi. O, radikal qruplaşmanın rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsini təsdiqləmişdi. Deputat həbsin İranın milli maraqlarına zidd olduğunu yazıb. O, bu addımı İranın Azərbaycanla əvvəlki münasibətlərini davam etdirmək üçün atdığını qeyd edib.

Qeyd edək ki, Azərbaycan əleyhinə aktiv fəaliyyəti ilə seçilən “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranın Qum şəhərində həbs olunmaları barədə xəbər yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Həbs  





Xəbər lenti