"İrəvan və Bakı hazırdılar, tarix açıqlanacaq" - Zaxarova

 "İrəvan və Bakı hazırdılar, tarix açıqlanacaq" - Zaxarova
  03 May 2023    Oxunub:2050
"Rusiya Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 2020-ci ildən 2022-ci ilə qədər qəbul edilmiş üçtərəfli bəyanatlarının həyata keçirilməsinə sadiq qalır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib
Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda keçirilən çoxşaxəli görüşünü şərh edən Zaxaova bildirib ki, Vaşinqtonda danışıqlar Rusiyanın iştirakı olmadan gedir, ona görə də iştirakçılardan proses barədə soruşmaq lazımdır.

"Yəqin ki, görüşdən sonra bəyanatlar verildikdə və tərəflər çıxış edəndə rəy formalaşdırmaq mümkün olacaq və ola bilsin ki, bu, şərh vermək hüququ verəcək. Amma bu, sonra olacaq".

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Moskva görüşünün perspektivlərinə gəlincə, Zaxarova bu barədə əvvəllər də danışdığını xatırladıb və görüşü elan edib.

"İrəvan və Bakı hazır olduqlarını təsdiqləyiblər. Tarixlər daha sonra açıqlanacaq", - o qeyd edib.

Mayın 1-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Bayramov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə ayrı-ayrılıqda görüşüb, sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gün davam edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan  



Xəbər lenti