İran pensiyaları ödəmək üçün adalar və əyalətini satacaq

   İran pensiyaları ödəmək üçün    adalar və əyalətini satacaq
  03 May 2023    Oxunub:1601
İranın Əmək Nazirliyinin Sosial Sığorta Təşkilatının rəhbəri Səccad Padam maraqlı açıqlama verib.
"Azad İran" teleqram kanalının yaydığı məlumata görə, Padam ölkəsinin pulsuzluqdan ada satacağını bəyan edib.

"Pensiyaçıların maaşını ödəmək üçün tezliklə Kiş və Qeşm adalarını və Xuzestan əyalətini satmalı olacağıq! Yunanıstan da təqaüdçülərin pensiyalarını ödəmək üçün 100 ada satdı, biz də tezliklə bu vəziyyətə düşəcəyik. Sanksiyasız 3 milyon barel neft satıb bütün pulu alsaq da, yenə də pensiyaçıların üzləşdiyi böhranı həll edə bilməyəcəyik", - təşkilat rəhbəri qeyd edib.


Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti