"Taxıl dəhlizi ilə ərzaq tədarükü kəsilə bilər" - Kalın

   "Taxıl dəhlizi ilə ərzaq tədarükü kəsilə bilər" -    Kalın
  03 May 2023    Oxunub:1131
"Mayın 5-də İstanbulda keçiriləcək görüş nəticə verməsə, taxıl dəhlizi boyunca ərzaq tədarükü kəsilə bilər". AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.
Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi taxıl müqaviləsinin uzadılması məsələsini müzakirə etmək üçün Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin mayın 5-də İstanbulda keçirilməsi planlaşdırılan görüşünü elan edib. Müqavilənin müddəti mayın 18-də başa çatır.

“Mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşü taxıl dəhlizinin gələcəyi üçün vacibdir. Görüş müsbət nəticə verməsə, mayın 18-də taxıl tədarükü dayandırıla bilər. Müsbət həll olmadığı təqdirdə qlobal ərzaq təchizatında ciddi problemlər yarana bilər”, - Kalın bildirib.
"Rusiyanın tələblərinə görə taxıl müqaviləsi uzadılmayacaq" - Çavuşoğlu

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  



Xəbər lenti