Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadıldı

 Macarıstanda fövqəladə vəziyyətin müddəti uzadıldı
  03 May 2023    Oxunub:1445
Macarıstan deputatları ölkədə fövqəladə vəziyyətin daha altı ay uzadılması barədə qərarı təsdiqləyiblər.
Bu barədə “Hurado.hu” məlumat yayıb. Portalın məlumatına görə, müvafiq qərarı 132 deputat dəstəkləyib, cəmi 58 deputat isə əleyhinə çıxıb. Qeyd olunub ki, əsasən müxalifət partiyalarının nümayəndələri fövqəladə vəziyyətin saxlanmasının əleyhinə çıxış ediblər.

Fövqəladə vəziyyət imkan verir ki, Macarıstan hakimiyyəti müəyyən məsələləri qanunların deyil, fərmanların köməyi ilə həll etsin. Eyni zamanda, ölkədə fövqəladə vəziyyət rejimi koronavirus pandemiyasından bəri üçüncü ildir ki, qüvvədədir.

Macarıstan hökuməti onun uzadılmasını onunla əsaslandırır ki, qonşu Ukraynada hərbi əməliyyatlar hələ də davam edir, ona görə də ölkə rəhbərliyinə mümkün qədər tez müəyyən tədbirlər görmək üçün səlahiyyət lazımdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Macarıstan  



Xəbər lenti