Ukrayna MDB ilə bağlı daha bir sazişdən çıxdı

   Ukrayna MDB ilə bağlı daha bir sazişdən çıxdı
  03 May 2023    Oxunub:1129
Ukrayna parlamenti “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyası haqqında Saziş”indən çıxmaq barədə qərar qəbul edib.
Qərarı 280 deputat dəstəkləyib. Qeyd olunub ki, Ukrayna Ali Radasının nümayəndələrinin doqquz ildən artıqdır ki, bu təşkilatın tədbirlərində iştirak etmədiyini və müasir beynəlxalq münasibətlərin reallıqlarını nəzərə alaraq, saziş aktuallığını itirib.

“Qərarın qəbulu Ukrayna Konstitusiyasında təsbit olunmuş Ukraynanın Avropa və Avro-Atlantik kursunun dönməzliyini bir daha vurğulayacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, Ukrayna MDB çərçivəsində bağlanmış müqavilələri tədricən denonsasiya edir. O cümlədən, Ukrayna Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı və hərbi qulluqçuların dövlət sığortası qaydası haqqında Sazişdən çıxmaq barədə qərar qəbul edib.

AzVision.az


Teqlər:



Xəbər lenti