SEPAH Hörmüz boğazında neft tankerini qaçırdı - VİDEO

 SEPAH Hörmüz boğazında neft tankerini qaçırdı  - VİDEO
  03 May 2023    Oxunub:2115
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çərşənbə günü Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması məlumat yayıb.

"Mayın 3-də yerli vaxtla təxminən səhər saat 6:20-də Panama bayrağı altında üzən "Niovi" neft tankeri Hörmüz boğazından keçərkən İran İnqilab Keşikçiləri Korpusunun donanması tərəfindən qaçırılıb", - Beşinci Donanmanın Twitter-dəki bəyanatında yazılıb.

Sepahın təlim mərkəzi partladıldı: 2 nəfər ölüb -VİDEO
Qeyd olunur ki, tanker Dubay limanını tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Füceyrə şəhərinin limanına doğru hərəkət edərkən, bir neçə SEPAH gəmisi onu mühasirəyə alıb. Bundan sonra tanker İranın ərazi suları istiqamətində kursunu dəyişməyə məcbur edilib, Bəndər Abbas limanın yönəldilib.

Xatırladaq ki, ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması SEPAH-ın Oman körfəzində Marşal adaları bayraqlı neft tankerini ələ keçirdiyini bəyan etmişdi. Daha sonra ISNA agentliyi İran ordusuna istinadən məlumat yaydı ki, İran Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ-a məxsus olduğu güman edilən gəmini saxlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   SEPAH   İran   Tanker  



Xəbər lenti