Putinin iqamətgahına hücum edildi - VİDEO
“Bu gecə Kiyev pilotsuz uçuş aparatları ilə Rusiya prezidentinin Kreml iqamətgahına zərbə endirməyə cəhd edib”, - məlumatda bildirilib.
Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, “iki pilotsuz uçuş aparatı Kremlə yönəlib”.
"Hərbçilər və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxarılıb", - rəsmi Kreml vurğulayıb.
Qeyd edilib ki, onların düşməsi və qırıntıların Kreml ərazisinə səpələnməsi səbəbindən qurbanlar və maddi ziyan olmayıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


