Gömrük məmuru 70 mini mənimsəyib
İstintaq zamanı F.Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək Dövlət Gömrük Komitəsi tərəfindən vətəndaşlardan götürülərək saxlanılmasına nəzarət üçün ona etibar edilmiş 70 min manatdan artıq özgə əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəxrəddin Quliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: Gömrük







Vaxtında, Aydın, Lazımlı!


