Zelenski Almaniyaya səfər edəcək

Zelenski Almaniyaya səfər edəcək
  03 May 2023    Oxunub:1355
Ukrayna Prezidenti Volodimir Zelenskinin mayın 13-14-də Almaniyaya səfər edəcəyi bildirilir.
AzVision.az xəbər verir ki, alman mətbuatında əksini tapan xəbərlərə görə, Zelenski mayın 14-də Berlinə səfər edəcək.


Mayın 14-də Ukrayna Prezidentinin Almaniya kansleri Olaf Şolts tərəfindən hərbi şərəflə qarşılanacağı qeyd olunub.

İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək. Zelenski Prezident Frank-Valter Ştaynmayerlə görüşdükdən sonra helikopterlə Axenə yola düşəcək və orada Beynəlxalq Böyük Karl Mükafatına layiq görüləcək.

AzVision.az




Teqlər:



Xəbər lenti