Kür-Bakı su kəmərində baş vermiş qəza aradan qaldırılır
Hacıqabul Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosuna verilən məlumata görə, su kəmərinin təmiri axşam saatlarında tam başa çatacaq və sözügedən yaşayış məntəqələrinə suyun verilişi bərpa olunacaq.
Qeyd edək ki, hadisə ötən gün Kür-Bakı magistral su kəmərinin Hacıqabul rayonunun Meyniman kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Xatırladaq ki, mayın 2-də Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


