Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib

Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib
  03 May 2023    Oxunub:1022
Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib.
AzVision.az -ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Mahiyyəddin Nidayət oğlu Atakişiyevə höküm oxunub.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan M.Atakişiyev 11 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cütlüyün 3 övladı var və ailə M.Atakişiyevin ata evində yaşayıb. Hadisə də həmin evdə baş verib. Həbs olunan M.Atakişiyev ailə daxili mübahisə zəminində A.Orucovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.


Teqlər:



Xəbər lenti