Qəbələdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

   Qəbələdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
  03 May 2023    Oxunub:1770
Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(report)


Teqlər:



Xəbər lenti