ABŞ Gürcüstanın NATO-nun təlimlərində iştirak etməməsinə aydınlıq gətirib

ABŞ Gürcüstanın NATO-nun təlimlərində iştirak etməməsinə aydınlıq gətirib
  03 May 2023    Oxunub:1021
ABŞ səfirliyi Gürcüstanın NATO-nun "Defender 2023" təlimlərində iştirak etməməsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, səfirliyin yaydığı bəyanatda müvafiq qərarın Gürcüstan Müdafiə Nazirliyi ilə birlikdə qəbul edildiyi qeyd edilib.

Vurğulanıb ki, tərəflər Gürcüstanın qarşılıqlı əməliyyat, dözümlülük və müdafiə qabiliyyətlərini gücləndirmək məqsədilə resursların ölkə daxilində keçirilən “Agile Spirit” və “Noble Partner” çoxmillətli təlimlərinə yönəldilməsinə qərar veriblər.

Bəyanatda qeyd olunub ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığın artırılmasına, Gürcüstan və Amerikanı daha təhlükəsiz etmək üçün birgə işləyəməyə sadiq qalır.

AzVision.az



Teqlər:



Xəbər lenti